3000 illik tarixi olan kənddə Ramazan ayına özəl maraqlı adət – FOTO

3000 illik tarixi olan kənddə Ramazan ayına özəl maraqlı adət – FOTO

İranın Xorasan Rəzəvi əyalətinin Torqabe və Şandiz şəhərinin Kanq kəndinin 3000 illik tarixi var. 
 
Maide.İnfo xəbər verir ki, bu qədim kənddə 270 ailə (təqribən 800 nəfər) yaşayır. Kənd əhalisinin Ramazan ayında özünəməxsus və maraqlı adət-ənənələri var. 
 
Belə ki, qədim zamandan kənddə belə bir adət var ki, əhali hər gün iftarı kəndin məscidində toplaşaraq birlikdə yeyir.  
 
Gündəlik iftar süfrəsinin xərcini isə hər gün kənd əhalisindən bir nəfər çəkir. 
 
Qeyd edək ki, kənd Məşhəd şəhərinin 29 kilometrliyində yerləşir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru