300 hava hücumunun bir faydası olmadı

Suriya Xarici İşlər naziri Vəlid Müəllim ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinin iki aydır davam edən hava hücumlarının İŞİD-i zəiflətməkdə uğursuz olduğunu söyləyib.
 
Maide.az xəbər verir ki, ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinin təyyarələri Suriyadakı İŞİD hədəflərinə sentyabrdan bu yana təxminən 300 hava hücumu təşkil edib.
 
Livan televiziyasına danışan Müəllim, İŞİD-lə mübarizə etməyin yeganə yolunun "Suriyaya xarici döyüşçülərin keçməsini qarşısını alacaq şəkildə sərhəd təhlükəsizliyini artırması üçün Türkiyəyə təzyiq" olduğunu irəli sürüb.
 
Müəllim, "Bütün göstəricilər iki aydır davam edən koalisiya hücumlarına qarşı İŞİD-in əvvəlkindən daha zəif olmadığına işarə edir", - deyib.
 
BMT Təhlükəsizlik Şurası və Vaşinqton rəhbərliyinin Türkiyə sərhəd təhlükəsizliyini artırmağa məcbur etməməsi halında, bu səylərin İŞİDİ yox etməyə çatmayacağı fikrini səsləndirən Müəllim, Türkiyənin uçuşa qadağan bölgə təklifinin isə faktiki olaraq Suriyanın parçalanması anlamına gələcəyini vutğulayıb.

Google+ WhatsApp ok.ru