30 min moskvalı söküntüyə qarşı çıxdı - VİDEO

30 min moskvalı söküntüyə qarşı çıxdı - VİDEO

Rusiyanın paytaxtı Moskva şəhərində 30 minə yaxına insan etiraz aksiyası keçirib. Buna səbəb Saxarova prospektində yerləşən qəzalı yaşayış evlərinin sökülməsi və köçürülməsi nəzərdə tutan yeni şəhər proqramının sakinləri qane etməməsidir.
 
Yerli sakinlər evlərindən çıxmaq istəmədiklərini, Moskva meri Sergey Sobyaninin şəhər infratsrukturunu dağıtdığını və onların konstitusiya hüquqlarını pozduqlarını bildiriblər.
 
Narazı kütlə həmçinin evlərindən çıxmaq müqabilində onlara təklif olunan maliyyə və mənzillərin yerləşdiyi ərazi ilə razılaşmadıqlarını bildiriblər.(faktxeber)

Google+ WhatsApp ok.ru