30 İsrail əsgəri öldürüldü

Bu barədə “əl-Qəssam” açıqlama verib

 Fələstinin İslami Müqavimət Hərəkatının hərbi qolu olan “İzzəddin əl-Qəssam” briqadası 30 sionist rejim əsgərini öldürdüyünü açıqlayıb.

Maide.az-ın məlumatına görə, “İzzəddin əl-Qəssam” briqadası işğalçı israil rejiminin quru əməliyyatlarına başladığı ilk günlərdə bir əməliyyatla 30 İsrail əsgəri öldürdüklərini bildiriblər. 

“Əl-Qəssam”ın ön sıralarında vuruşan əsgərlər Xan Yunusda bir neçə gün əvvəl keçirdikləri əməliyyatda İsrail ordusuna aid dörd zirehli maşını zərərsizləşdirdiklərini, eləcə də həmin vaxt qarşı tərəfdən bir əsgərin öldüyünü, çox sayda əsgərin isə yaralandığı bildiriblər.
Qeyd edək ki, İsrailin iyulun 7-dən başladığı hərbi əməliyyat nəticəsində indiyədək aralarında uşaq və qadınların da olduğu 1720-dən çox fələstinli şəhid olub,  9 mindən çox fələstinli isə yaralanıb. Işğalçı rejim orusunun 150-yə yaxın hərbçisi öldürülüb. anspress /

 

Google+ WhatsApp ok.ru