31 zəvvar vəfat edib

31 zəvvar vəfat edib

 
Səudiyyə Ərəbistan mediasının məlumatına görə, Allah evini ziyarətə gəlmiş xarci zəvvarlarından 31 nəfəri vəfat edib. 
 
Maide.Az  “Al-Alam” telekanalına istinadən xəbər veirir ki, Səudiyyə Ərəbistanın pasportların qeydiyyatı üzrə baş idarəsinin açıqladığı statistikaya əsasən, cari ilin həcc mövsümünün başlanmasından indiyədək xarici zəvvarlardan 31 nəfər həyatını itirib. 
 
Onların ölüm səbəbləri açıqlanmayıb. 
 
Cari ildə 2 milyon zəvvarın Səudiyyə Ərəbistana səfər edəcəyi proqnozlaşdırılır. 

Google+ WhatsApp ok.ru