32 nəfər zəhərləndi, 3-nün vəziyyəti ağırdır

İranın Məşhəd şəhərində 32 İranlı və qeyri-İranlı zəvvar zəhərlənib və xəstəxanaya yerləşdirilib. 
Maide.az Fars agentliyinə istinadən məlumat verir ki, zəvvarların zəhərlənməsinə onların yedikləri yemək səbəb olub. zəhərlənmiş 32 zəvvardan 8 nəfər kişi və 24 nəfər isə qadın olub. Onlardan 12-si Səudiyyə Ərəbistan, 9 nəfəri Kuveyt, 3 nəfəri Bəhreyn və 8 nəfəri isə İranlı olub. 
Zəhərlənən zəvvarların əksəriyyəti ambolator müayinədən sonra evə buraxılıb. 3 nəfərin vəziyyəti ağır olduğu üçün İmam Rza (ə) xəstəxanasına yatızdırılıb. Hoteldə 400 nəfər zəvvar olsada onlardan yalnız 32 nəfər zəhərlənib. Hazırda zəhərlənməyə səbəb olan ərzaqın analizi aparılır. /
 
 

Google+ WhatsApp ok.ru