“Sizi vuranda terror, bizi vuranda demokratiya olur”

Qərb riyakar və ikiüzlüdür. Şamda döyüşən qruplara son vaxtlar dəstək artıb. Onlar Qərb ölkələrini vuranda terror hesab edilir, bizi bombalayanda inqilab, demokratiya, insan haqları deyirlər.
 
Maide.az-ın məlumatına görə, bu fikirləri Suriya Prezidenti Bəşər Əsəd səsləndirib. Regionda cərəyan edən son hadisələrə toxunan ölkə başçısı vurğulayıb ki, terrorizmə qarşı mübarizədən başqa yol qalmayıb. Onun sözlərinə görə, Suriya böhranının həlli yalnız uğurlu anti-terror əməliyyatlarından asılıdır.
 
Suriyada 2011-ci ildən müxtəlif qanunsuz silahlı birləşmələr döyüşür. İlk vaxtlarda Suriya ordusuna qarşı savaş açan bu qüvvələr indi həm də bir-biri ilə döyüşür. Bu silahlı qruplaşmalar radikal təkfirçi terrorçulardır.  Onların sırasında avropalı döyüşçülər də yer alıb. Əsəd hökumətinə  qarşı Qərb ölkələri və bəzi region ölkələrinin dəstəyi ilə yaradılan bu qruplaşmalar Suriyada minlərlə dinc insanı qətlə yetirib, edam edib və ölkədən yüz minlərlə insanın didərgin düşməsinə səbəb olub. /
 
 

Google+ WhatsApp ok.ru