5 milyon qədim Quran nüsxəsi saxlanılan Nur dağı -VİDEO

Pakistanın  Bəluçestan əyalətində  bir xeyriyyə təşkilatı  Quranın hörmətini saxlamaq məqsədi ilə  müqəddəs kitabın oxunmayan, ziyan görmüş vərəqlərini kisələrə toplayır və  dağın içərisində mağara və tunellər yaradaraq orda saxlayır. 
 
Maide.az xəbər verir ki, bu xeyriyyə təşkilatı həmdə ziyan görmüş qədim Quran kitablarını restavrasiya edir. 
 
Dağa “Quran Kərimin Nur dağı” adı verilib.  Elə xeyriyyə cəmiyyəti də öz adını bu dağın adına uyğun  seçib.  Dağ Pakistanın qərbində Bəluçistan bölgəsində  yerləşir. Bura  Əfqanıstan sərhədinə də yaxındır.   Dağa “Quran Kərimin Nur dağı” adı  verilməsi ona görədir ki, dağın içərisindəki  tunel və mağaralarda  milyonlarla nüsxə restavrasiya olunmuş Quran nüsxəsi saxlanılır.  Tunellər  müsəlman könüllülərin əlləri ilə dağın  içərisində qazılıb və uzunluğu  təqribən 5 kilometrdir. 
 
Quran Kərimin Nur Dağı layihəsinin məsul şəxslərindən Hacı Müzəffər Əli  deyib ki, bu tunellərdə Quranın qədim nüsxələri ilə dolu ən az  5 milyon  kisə saxlanılır.Lakin  yüzlərlə kisədə dağın ətrafındakı təpələrdə saxlanılır və onların da yerləşdirilməsi üçün çalışırıq.
 
Müzəffər Əli bildirib ki,  könüllülər  günün çox saatını Quranları  restavrasiya etmək və cildləməklə məşğul olurlar. “Bəzi vaxtlar ziyan görmüş səhifələri yeniləri ilə dəyişmək məcburiyyətinə qalırlar. Belə olduqda ziyan görmüş  vərəqlərin üzərində yazılmış ayələrin hörmətini saxlamaq üçün onları böyük kisələrin içərisinə doldurub həmin tunellərdə saxlayırlar.”
 
Onun sözlərinə görə, bu qədim Quran nüsxələri  Pakistanının bütün bölgələrindən, İran, Suriya və Türkiyədən gətirilir.  “Quranlar  restavrasiya edildikdən sonra  pulsuz olaraq  müsəlmanlar arasında paylanılır”. 
 
Müzəffər Əli deyib ki, çox vaxt  restavrasiya olunan Quranları bu dağa baxış keçirtmək üçün  müxtəlif bölgələrdən gələn müsəlmanlara paylanılır. 
Onun sözlərinə görə, bu dağda saxlanılan qədim Quran nüsxələrinin bəzisinin tarixi 600 il öncəyə kimi  çatır. /
 
 

Google+ WhatsApp ok.ru