Bill Klintonun başı üzərində `qara bulud`lar dolanır 05 Mart 2016 02:00 Dünya Bill Klintonun həbs edilməsiylə bağlı petisiyanı təxminən yüz min nəfər imzalayıb. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, Massaçusets ştatının baş prokuroru Maura Heyliyə ünvanlanmış müraciətdə sabiq prezidentin guya seçki günü seçki qanunlarını kobud şəkildə pozduğuna görə həbs və mühakimə edilməsi istənilir. "Bu, seçki kampaniyasının qanunları kobud şəkildə pozan sabiq prezident Bill Klintonun dərhal həbs edilməsi üçün çağırışdır", - deyə petisiyada qeyd olunub. Bundan əlavə, Berni Sandersi dəstəkləyənlərdən ibarət kiçik bir qrup bu gün Hökumət Evi qarşısında etiraz aksiyası keçirəcək. Onlar ştatda baş tutmuş ilkin seçimlərdəki səsvermənin yenidən keçirilməsinə çalışır. Xatırladaq ki, B.Klintona qarşı ittihamlar sabiq prezidentlə Bostonun meri Marti Uolşun çərşənbə axşamı Qərbi Roksberidəki seçki məntəqəsinə daxil olub seçicilərlə görüşməsi, şəkillər çəkdirməsi, eləcə də volontyorlara təşəkkür etməsindən sonra başlayıb. M.Uolşun sözçüsü isə B.Klintonla merin seçki məntəqəsinə səfərinin məqsədinin təşviqat kampaniyası olmadığını bildirib. Teqlər : #Bill Klintonun başı üzərində `qara bulud`lar dolanır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 5 milyon qədim Quran nüsxəsi saxlanılan Nur dağı -VİDEO AST Telmanın 2 milyard dollar borcu var
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO