5 nömrəli avtobusun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib

 “BakuBus” MMC-nin 5 nömrəli avtobusun marşrut xəttində dəyişiklik edilib.
 
Maide.az xəbər verir ki, bu barədə "BakuBus" MMC-nin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.
 
Belə ki, Neftçilər prospektinin Zərifə Əliyeva prospekti ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinə qədər olan hissəsində yolun 2 zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldığından 5 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar “JW Marriott Abşeron” otelinin arxa küçəsi ilə hərəkət edir. 

Google+ WhatsApp ok.ru