60 ifratçı alimin İŞİD-lə əməkdaşlıq etdiyi müəyyən olundu

Fəllucə rəsmisi Əbdürrəhman Nəmravi İŞİD terror təşkilatını dəstəkləyən alimlərin siyahısının çıxarıldığını bildirib.
 
Verilən məlumata görə bu siyahıda 60 alimin adı var. Nemravi bu sözdə alim olan zalımların etdiklərinin cəzasını görəcəklərini söyləyib və belə deyib: "Təhlükəsizlik gücləri çox ardıcıl şəkildə şəhəri terroristlərdən və onların çirkli fəaliyyətlərindən təmizləməlidir. Beləcə geridə qalanlar terrorizmin şərindən qurtarılmalıdır."
 
İyun ayından bu yana İŞİD terror təşkilatının qanlı fəaliyyətləri nəticəsində yüz minlərlə adam evini-eşiyini tərk edərək qaçqın vəziyyətinə düşüblər. Aralarında qadın, yaşlı və uşaqların da olduğu minlərlə adam qətlə yetirilmiş, minlərlə adam yaralanmışdır.

Google+ WhatsApp ok.ru