Haniyyədən Qəzzanın yenidən abadlığı üçün çağırış

Həmas Siyasi Bürosunun başçı köməkçisi Haniyyə İsrail rejiminin hava, quru və dənizdən 51 gün davam edən hücumlarında dağıntıya məruz qalan Qəzzanın "təcili olaraq abadlaşdırılması" çağırışını edib.
 
Maide.az-ın məlumatına görə, İsrail rejiminin hücumlarında yıxılan binaların dağıntı sahələrində araşdırmalar aparan Haniyyə burada etdiyi çıxışda Qəzzaya tətbiq olunan mühasirənin tamamilə qaldırılması, sərhəd qapılarının açılıb, bombardmanda dağılan sahələrin təcili olaraq abadlaşdırılması lazım olduğunu deyib.
 
İsraillə imzalanan atəşkəs razılaşmasının təqibi üçün komitə qurulmasını da tələb edən Haniyyə Fələstinli qrupların silahsızlandırmaq məqsədiylə regional və ya beynəlxalq hər hansı bir layihəni qəbul etmədiklərini vurğulayıb.
 
Qeyd edək ki, sionist rejimin hücumlarında Qəzzada 17 min 200 ev, 73 məscid və 24 məktəbin tamamilə dağıldığı, 41 min 350 ev, 197 məscid və 208 məktəbin zərər gördüyü, 2 min 155 Fələstinlinin şəhid edildiyi, 11 mindən çox insanın yaralandığı bildirilir.

Google+ WhatsApp ok.ru