6 islam alimi sərbəst buraxıldı

Ötən ay Konqoda qaçırılan tanzaniyalı 6 müsəlman alim buraxıldı.
Maide.az xəbər verir ki, imamlar Konqo ordusunun əməliyyatı nəticəsində sərbəst qalıblar.
Məlumata görə, Konqonun Kivu bölgəsində islam təhsili vermək üçün gedən alimlər ruandalı silahlı bir qrup tərəfindən qaçırılmışdılar. Alimlər Katviqiraya yaxın Makoka meşəliyində əsrlikdə saxlanılıblar.
Bildirilib ki, silahlı şəxslər daha öncə alimlər üçün 40 min dollar tələb etmişdilər. Lakin, Konqo hökuməti bunu qəbul etməyib və ordu əməliyyat keçirib.
Əməliyyat barədə isə ətraflı məlumat verilməyib.//

Google+ WhatsApp ok.ru