720 almaniyalı İŞİD-ə qoşulub

Almaniya mətbuatının məlumatına görə, indiyədək 720-dən çox Almaniyalı İŞİD terror qruplaşmasına qoşulub. 
 
Maide.az xəbər verir ki, Spiegel  qəzeti Almaniya Federal Konstitusiyanı Qoruma Təşkilatına (BfV) istinadən məlumat verir ki, 720 almaniyalı İŞİD terror qruplaşmasına qoşulub ki, onların böyük əksəriyyəti 30 yaşından az olan gənclərdir. Məlumatda bildirilir ki, bu gənclərin beşdə biri qadınlardır. 
 
Məlumata görə, İŞİD terror qruplaşmasına qoşulan almaniyalı gənclərin üçdə bir hissəsi Suriya və İraqdan Almaniyaya geri dönüb.  100 nəfəri isə regioandakı qarşıdurmalar zamanı ölüb.  /
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru