Bu il dünyada 71 jurnalist öldürülüb

Bu il dünyanın ayrı-ayrı ölkələrində 71 jurnalist öldürülüb. Bu barədə İsveçrənin «Press Emblem Campaign» təşkilatının hesabatında bildirilir.
Hesabata görə, jurnalistlərin əksəriyyəti Yaxın Şərqdəki münaqişələrlə bağlı qətlə yetirilib: «Yaxın Şərq və Şimali Afrika jurnalistlər üçün ən təhlükəli bölgələr sayılır. İlin əvvəlindən bu yana, orada 23 jurnalist qətl edilib.
Ən təhlükəli ölkələrdən biri Liviyadır. Orada 8 KİV işçisi öldürülüb. Avropada bu müddət ərzində 13 jurnalist öldürülüb ki, onların 8-i Parisdəki jurnal redaksiyasına olan məlum hüсumla bağlıdır. Daha dörd jurnalist Ukraynada, biri isə Polşada öldürülüb»./
 

Google+ WhatsApp ok.ru