75 min suriyalı İordaniya ilə sərhəddə qalıb

75 min suriyalı İordaniya ilə sərhəddə qalıb

 
Peykdən çəkilmiş şəkillərdə İordaniyanın Rukban sərhədində yaşayan suriyalı qaçqınları görmək olar.
 
Maide.Az xəbər verir ki, burda 75 min qaçqın məskunlaşıb.
 
Onlar İordaniyaya keçə bilməyiblər. Ona görə də onlar faktiki olaraq səhrada həyat üçün heç bir münbit şərait olmadan yaşamaq məcburiyyətindədirlər.
 
Bu barədə Amnesty International məlumat yayıb.
 
Hələ bir il bundan əvvəl burada cəmi 368 çadır var idi, indi isə onların sayı 8 mini keçib.
 
Minlərlə suriyalı canlarını qorumaq üçün müharibədən qaçıb, lakin İordaniya ilə sərhəddən ölkəyə buraxılan suriyalılar Rukban çadır şəhərciyində qalmaq məcburiyyətində qalıblar.
 
Qaçqınlar humanitar yardım və tibbi xidmətdən məhrumdurlar. Yeni doğulan uşaqlara tibbi yardım göstərilmədiyi üçün ölüblər. İordaniya hökumətinin nümayəndəsi Məhəmməd Əl Momani bildirib ki, hazırda İordaniyada milyondan çox suriyalı qaçqın var. (islam-today.ru)
 

Google+ WhatsApp ok.ru