Yaponiyada qasırğa ciddi fəsadlar törədib

Yaponiyada qasırğa ciddi fəsadlar törədib

 
Yaponiyanın Küsü və Sikoku adalarının hava limanlarında “Malakas” qasırğası ilə əlaqədar 100-dən çox uçuş ləğv edilib, 32 min sakin bölgədən təxliyə edilir.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qasırğanın yaxınlaşması ilə əlaqədar dağlıq Tokusima prefekturasında 30 000, Koti prefekturasından isə 3 minədək insan təxliyə ediləcək.
 
Məlumata əsəsən, “Malakas” qasırğası 246 min evi elektrik enerjisiz qoyub, bir sıra ərazilərdə daşqınlar yaradıb.
 
Meteoroloqlar qasırğanın daha da güclənəcəyini ehtimal edirlər. |

Google+ WhatsApp ok.ru