7 yaşlı uşaq özünü  9-cu mərtəbədən atdı və sağ qaldı

7 yaşlı uşaq özünü 9-cu mərtəbədən atdı və sağ qaldı

Bakının Binəqədi rayonu ərazisində bədbəxt hadisə baş verib.
 
Maide.Az-ın "musavat.com"-a istinadən xəbərinə görə, hadisə 7-ci mikrorayon ərazisində qeydə alınıb.  7 yaşlı Həsən Amanullayev 9 mərtəbəli binanın 9-cu mərtəbəsindən yıxılıb. 
 
Ağaclara ilişərək yerə düşən uşaq sağ qalıb.  O, xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat olunan 7 yaşlı uşağın həyatını həkimlər xilas edə biliblər.
 
İlkin məlumata görə, həyətdə oynayan Həsəni anası evə gətirib. Bundan əsəbiləşən uşaq özünü 9-cu mərtəbədən atıb. Faktla əlaqədar araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru