WhatsApp 3 yeni funksiya ilə istifadəçiləri sevindirdi - FOTO

WhatsApp 3 yeni funksiya ilə istifadəçiləri sevindirdi - FOTO

WhatsApp mesencerinin mütəxəssisləri iOS qurğuları  üçün yeniliklərlə istifadəçiləri sevindirib. Mobil tətbiqdə vidoyazı zamanı zum  dəstəyi, çatları idarə etmək üçün yeni opsiyalar və irilənmiş smayliklər əlavə olunub.
 
WhatsApp-ın yeni versiyası yazışmaları paket rejimində idarə etməyə imkan verir. İndi  cəld arxivləşdirmə, silmə və oxunmuş kimi qeyd etmək üçün bir neçə çatı seçmək mümkündür. Bunun üçün  Çatın yuxarı bölməsində «Dəyişmək» düyməsini  basmaq lazımdır.
 
WhatsApp daha bir funksiyanı Viber və iMessage-dən götürüb. Belə ki, bir smaylik göndərilərkən,o, iri formada əks olunacaq. 
 
 
Yeri gəlmişkən daha bir funksiya da hazırlanıb: Artıq fotoları WhatsApp-ın özündə korrektə etmək mümkün olacaq. Təsvirlərin üzərinə şəkil çəkmək və müxtəliff effektlər əlavə etmək, sonra isə digər istifadəçiyə göndərmək mümkün olacaq.
 
 
WhatsApp-ın yeni versiyasında həmçinin çəkiliş zamanı  barmaqları yuxarı-aşağı hərəkət etdirməklə videonu  böyütmək mümkün olacaq.
 
 
Çat açmaq  isə indi daha az müddətə başa gələcək. (faktxeber)
 

 

Google+ WhatsApp ok.ru