82 və 83 yaşlı cütlük: 57 il evlilik həyatımızda bizim üçün ən gözəl hadisə Quran oxumağı öyrənməkdir

82 və 83 yaşlı cütlük: 57 il evlilik həyatımızda bizim üçün ən gözəl hadisə Quran oxumağı öyrənməkdir

Türkiyənin  Aydın əyalətinin  Kuçarlı şəhərində yaşayan 82 yaşlı  Kəzban Buluk Quran dərslərində iştirak edib və Quranı oxumağı öyrənib. 
 
Maide.Az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, K.Buluk  yaşlı olduğu üçün xəstələnsədə  Quran dərslərini buraxmayıb.  “1 il ərzində Quranı üzündən oxumağı öyrəndim.  Mən Quran oxumağı ötən il Həcc ziyarətinə  getdikdən sonra öyrənmə başladım.  Həcc ziyarətində Allahdan istədim ki, Quran oxumaq üçün mənə qüvvət versin.  İndi bir ildən sonra öz arzuma çatmışam və Quranı oxuya bilirəm”. 
 
K.Buluk deyib ki, mən Quranı öyrənmişəm və hazırda özhəyat yoldaşım 83 yaşlı  Yəhya Bulukada Quran oxumağı öyrədirəm.   “Hər gün sübh namazından sonra 1 saat həyat yoldaşıma Quran oxumağı öyrədirəm.  Ümid edirəm ki, o da mənim kimi Quranı üzündən oxumağı öyrənəcək”. 
 
Y.Buluk deyir ki, yoldaşım Quran tilavət edəndə gözlərimdən sevinc yaşı axır. “Həqiətən 57 il evlilik həyatımızda bizim ikimiz üçündə ən gözəl hadisə Quran oxumağı öyrənməkdir”
 

Google+ WhatsApp ok.ru