Türk deputat Netanyahunu belə məyus etdi –VİDEO

Türk deputat Netanyahunu belə məyus etdi –VİDEO

 
Hollandiyaya səfər edən İsrail rejiminin baş naziri Benyamin Netanyahu rəsmi görüşdə gözlənilməz addımla qarşılaşıb.
 
Hollandiya Parlamentinin nümayəndələri ilə görüşə gedən Netanyahu əlini deputatlardan birinə uzatsa da o əl verməkdən imtina edib. Sinəsində Fələstin bayrağı nişanı və əslən türk olan Hollandiya Parlamentinin nümayəndəsi Tunahan Kuzu bu addımı işğalçı rejimə etiraz olaraq atıb.
 
Hollandiyanın Fəhlə partiyasının üzvü olan Tunahan Kuzu bununla bağlı açıqlamasında “fələstinli uşaqların qanına bulaşmış bir şəxsin əlini sıxmaq istəmədim”, deyə bildirib. (FaktXeber) /

Google+ WhatsApp ok.ru