Əl Bağdadinin qardaşı ələ keçdi 11 İyul 2014 01:00 Dünya İraqda bir sutkada 150 İŞİD terrorçusu məhv edilib Müəllif Şirəli Məmmədov Baxılıb 169 Kateqoriya Dünya İraq ordusunun son bir sutka ərzində həyata keçirdiyi əməliyyatlar nəticəsində müxtəlif əyalətlərdə 150 İŞİD terrorçusu məhv edilib. “İraqNyus”un yaydığı xəbərə görə, bu açıqlamanı İraq ordusunun sözcüsü Qasim Ata verib. “Son 24 saat ərzində Əl-Anbarda 46, Diyalada 39, Babildə 45 olmaqla ümumilikdə 130 İŞİD terrorçusu məhv edilib”, - deyə Qasim Ata bildirib. Eyni zamanda Cufr əl-Sahar şəhərində də könüllü dəstələrin dəstəyi ilə 22 terrorçu məhv edilib. Bundan başqa, İŞİD lideri Əbu Bəkir Əl-Bağdadinin qardaşının ələ keçirildiyi bildirilib. “Əl-İhbariyə”nin məlumatına görə, Bağdadinin qardaşı Bağdad şəhərində xüsusi əməliyyat zamanı ələ keçirilib. Onun əksər terror əməliyyatlarına komandanlıq etdiyi bildirilir./Deyerler.org Teqlər : #Əl Bağdadinin qardaşı ələ keçdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ermənistanda üsyan: Hökumət evinin qarşısı tutuldu - Video Qarabağdan Donetskə döyüşə
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO