Qarabağdan Donetskə döyüşə

Artur Qasparyan Rusiyameylli yaraqlıların batalyonunda döyüşüb

Artur Qasparyan Rusiyameylli yaraqlıların "Vostok" batalyonunda döyüşüb. 

Maide.az-ın Azadlıq Radiosuna istinadən məlumatına görə, o, Ukraynaya necə getməsi haqda danışır. 

Artur Qasparyan sosial mediadakı Rusiya qruplarına müraciət edib. 

O bildirir ki, onu Moskvaya çağırıblar, ordan da Rostova göndəriblər. 2 həftə hərbi təlim keçib. 

Erməni yaraqlısı vurğulayır ki, lal-kar kimi işarələrlə danışmağı öyrədiblər. Sonra onları gizlicə Rusiya-Ukrayna sərhəddindən keçirərək Donetskə göndəriblər. Burada beynəlxalq aeroportun ələ keçirilməsində iştirak edib, lakin Ukrayna ordusu onun dəstəsini pərən-pərən edib, təsadüf nəticəsində sağ qalıb.

Qeyd edək ki, ermənistanlı Artur Qasparyan Krım böhranı başlayan kimi Rusiyameylli separatçılara qoşulmaq qərarına gəlir. Sosial mediadakı qruplarla əlaqə saxlayaraq könüllü kimi onu öz sıralarına qəbul etməyi xahiş edir. Onun müraciətini nəzərdən keçirənə qədər artıq Krım Rusiyanın tərkibinə qatılır, lakin Donetskə könüllü toplayan qruplar Qasparyanın xahişinə müsbət cavab verirlər. 
24 yaşlı Qasparyan Qarabağda Azərbaycan ordusuna qarşı döyüşüb. Separatçılara qoşulmaq üçün əvvəl Moskvaya, oradan Rostova gedərək təlimlər keçib. Donetsk ətrafında döyüşəndən sonra isə peşiman olaraq Ukraynanı tərk edib.















Google+ WhatsApp ok.ru