“Amnesty İnternational” təşkilatı İsrailin Qəzzəyə hücumları ilə bağlı istintaq aparılmasını istəyir 13 İyul 2014 01:00 Dünya “Amnesty İnternational” təşkilatı İsrailin Qəzzəyə qarşı hücumları ilə bağlı istintaqın aparılmasını istəyir. Samanews xəbər agentliyinin məlumatına görə, “Amnesty İnternational” təşkilatı yayımladığı bəyanatda bildirir ki, “ Qəzzədə insan hüquqları pozuntularının araşdırılaması və müharibə cinayətləri törədənlərin cəzalandırılması məqsədi ilə BMT –nin təcili olaraq müstəqil beynəlxalq faktaraşdırıcı missiya yaratmasına ehtiyac duyulur” “Amnesty İnternational” təşkilatı həmçinin İsrail və Misirdən istəyib ki, Qəzzəyə kifayət qədər tibbi və humanitar yardımların aparılmasına icazə versinlər və eləcədə yaralıların keçid məntəqələrindən müalicə üçün çıxmasını təmin etsinlər. “Amnesty İnternational” təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Philip Luther deyir ki, dünya ictimaiyyəti keçmişdəki səhvlərini təkrarlamamalı, müharibənin dinc sakinlər üçün dağıdıcı təsirini müşahidə etməklə kifayətlənməməli və dinc sakinlərin nicatı üçün təcili qərarlar qəbul etməlidirlər. Teqlər : #Amnesty İnternational təşkilatı İsrailin Qəzzəyə hücumları ilə bağlı istintaq aparılmasını istəyir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Roma və Parisdə İsrailin Qəzzəyə hücumlarına qarşı etiraz aksiyaları keçirilib (FOTO) İran Parlamenti Qəzza xalqına dəstək bəyanatı qəbul edib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO