Roma və Parisdə İsrailin Qəzzəyə hücumlarına qarşı etiraz aksiyaları keçirilib (FOTO)

Dünyanın müxtəlif ölkələrində sionist rejiminin Qəzzəyə hücumlarına qarşı etiraz aksiyaları keçirilir. Etiraz aksiyaları  Fələstin xalqı ilə həmrəylik nümayiş etdirmək və sionistlərin Qəzzədə törətdikləri cinayətləri pisləmək məqsədi ilə baş tutur.
Əl-aləm telekanalının məlumatına görə,  Etirazçılar İsrailin Qəzzədəki cinayətlərinin dayandırılması üçün beynəlxalq ictimaiyyəti addımlar atmağa çağırıb.
Parisdə Fransanın Xarici İşlər Nazirliyinin qarşısında keçirilən etiraz aksiyasında İsrailin Qəzzəyə hücumlarının tez bir zamanda dayandırılması tələb edilib. İtalyanın paytaxtı Romada da oxşar etiraz aksiyası keçirilib və iştirakçılar İsrailin Fələstində işğalçılıq siyasətlərini sərt tənqid ediblər.
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru