Ərdoğan: `İsraili terror dövlətidir`

`Hitlerin izindən gedən İsrail kimi terror dövlətlərinə qarşıyıq`

Dünən seçiciləri ilə görüşən Türkiyənin prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğan yenidən İsrailin ünvanına sərt sözlər söyləyib. Maide.az-ın məlumatına görə, o, vaxtaşırı olaraq baş verənləri Hitler zülmünə bənzətdiyi üçün etirazla qarşılandığını deyərək, sözlərini belə davam etdirib:

"Allah xatirinə, İsrailin etdiyinin Hitlerin etdiyindən nə fərqi var? Niyə narahat olursunuz? Əslində israillilər mənim bu bənzətməmdən məmnun olmalıdırlar. İsrail rəhbərliyi, Hitlerin sizin atalarınıza etdiyindən daha betərini siz Fələstinə edirsiniz. O necə bir soyqırımdırsa, sənin etdiyin daha böyük soyqırımdır. İsrailli qadın millət vəklinin söylədiyinin Hitler zehniyyətindən nə fərqi var? Baxın, görün nə deyir? Diqqət edin, "Müsəlman bir hamilə qadını güllələməkdən çəkinməyin, eyni anda iki adamı öldürmüş olacaqsınız", - deyir. Hamiləyə güllə atmaqdan bəhs edir bu qadın. Bu alçaqlıq nəylə izah edilə bilər? İsrailə söz söyləməyə cəsarəti olmayanlar, bizi tənqid edib mövzunu bağlayacaqlarını zənn edirlər.
Baxın, buradan bütün dünyaya səslənirəm: Biz Hitler zülmünə qarşıyıq, biz anti-semitizmə qarşıyıq. Amma hər kəs bilsin ki, Hitlerin izindən gedən İsrail kimi terror dövlətlərinə də qarşıyıq. Anti-semitizmə qarşı olduğumuz qədər İslamofobiyaya da qarşıyıq. Onun üçün haqqı ən yüksək səslə qışqırmağa davam edəcəyik. Kim narahat olursa olsun, İsrail terrorunu tənqid etməyə, Fələstin iddiasını müdafiə etməyə davam edəcəyik."

Google+ WhatsApp ok.ru