əl-Qəssam döyüşçülərindən İsrail əsgərlərinə sürpriz hücumlar

İsrail mətbuatı " Izzəddin əl-Qəssam" briqalarının əməliyyatı nəticəsində yaralanan əsgərlərdən bir neçəsinin ağır vəziyyətdə olduğunu bildiriblər

Qəzzadakı döyüşlər İsrailin daxilinə sirayət edib. HƏMAS-ın hərbi cinahı “Izzəddin əl-Qəssam briqadaları” bu gün sübh çağı Qəzzanın şərqində İsrail ordusunun arxa cəbhəsinə nüfuz edərək, 26 İsrail əsgərini yaralayıb.


Maide.az-ın SkyNews-a istinadla verdiyi xəbərə görə, İsrail mətbuatı "İzzəddin əl-Qəssam briqadaları"nın əməliyyatı nəticəsində yaralanan əsgərlərdən bir neçəsinin ağır vəziyyətdə olduğunu bildiriblər. İsrail mətbuatı, həmçinin, ön cəbhənin arxasına və İsrail ərazisinə keçən "əl-Qəssam Batalyonları" döyüşçülərindən 11-nin öldürüldüyünü bəyan ediblər.

Bu arada Qəzzadakı səhiyyə mənbələri İsrailin təcavüzü nəticəsində şəhid olan fələstinlilərin sayının 501 nəfər təşkil etdiyini deyiblər.

h.r.

Google+ WhatsApp ok.ru