Livan Hizbullahından Qəzza müqavimət hərəkatına dəstək

Hizbullah" hərəkatının lideri Seyid Həsən Nəsrullah ötən axşam Xalid Məşəl və Ramazan Abdullah ilə telefon danışığı aparıb və Livan Hizbullahının Qəzzə müqavimətçilərinin yanında olduğunu vurğulayıb.

Maide.az-ın  əl-Manar saytına istinadən məlumatına görə, H.Nəsrullah ötən axşam HAMAS-ın siyasi lideri Xalid Məşəl  və Fələstin İslami Cihad Təşkilatının baş katibi- Ramazan Abdulla Şəlhlə telefon danışığı zamanı Fələstin müqavimətinin mübarizə üçün göstərdiyi əzmini alqışlayıb.

Hizbullah lideri deyib ki, Livan müqaviməti düşməni məğlub etmək üçün Fələstin müqaviməti ilə  əməkdaşlıq etmək üçün hazırdır.

Qeyd edək ki, Livan Hizbullahı bundan öncə bəyanat yayaraq Şicaiyyə bölgəsində işğalçı rejim qüvvələrinin törətdiyi cinayətləri pisləmişdi.

h.r.

 

 

Google+ WhatsApp ok.ru