Əl-Vefaq Islami cəmiyyəti Bəhreyndə keçiriləcək seçkiləri baykot edib

 

Ali Xəlifə rejiminin müxalif qüvvələrindən olan Bəhreyn Əl-Vefaq Islami cəmiyyətinin baş katibi Şeyx Əli Səlman bu ölkədə keçiriləcək parlament növbədən kənar parlament seçkilərini formal seçkilər  adlandırıb və onu baykot edib.

 Maide.az-ın Fars Xəbər Agentliyinə istinadən məlumatına görə, Şeyx Əli Səlman Bəhreynin Ədliyyə Nazirliyinin Əl-Vefaq İslami Cəmiyyətə qarşı iddiasına reaksiya olaraq deyib ki, “Bu işdə məqsəd Əl-Vefaqı təzyiqə məruz qoymaqdırsa, bu cəmiyyət, mütləq məcburi şəkildə seçkilərdə iştirak etməyəcək”.

Şeyx Səlman Bəhreyn xalqının tələblərin bir daha xatırladıb və deyib ki, Bəhreyndə, əsas dəyişikliklərə ehtiyac var, xalqı təcrid edən formal  parlament seçkilərinə yox.

Qeyd edək ki, Bəhreynin Ədliyyə Nazirliyi elan etmişdi ki ,Əl-Vefaq İslami Cəmiyyətinin fəaliyyətini üç ay dayandırmaq niyyətindədir.

Bəhreyninin növbədən kənar parlament seçkiləri 18 kürsüsünün boş yerini müəyyənləşdirmək üçün iki ay sonra keçiriləcək.

Bəhreyn rejim qüvvələri 2011-ci il fevral ayından xalqın dinc etirazlarını silahdan istifadə edərək dağıdır. İndiydək etiraz aksiyalarında iştriak edən yüzlərlə nəfər öldürülüb və ya yaralanıb, həbs olmuş şəxslər isə işgəncəyə məruz qalmışdır./

 

Google+ WhatsApp ok.ru