İŞİD Suriyada qaz şirkətinin 270 işçisini qətliam etdi

İŞİD terrorçu qruplaşması Suriyanın Homs şəhərində “Əl-Şaer” qaz şirkətinin zavoduna hücum edib. Zavodun bütün işçilərini və mühafizələrini qətliam ediblər.

Maide.az-ın İran televiziyasına istinadən məlumatına görə, İŞİD terrorçu qruplaşması bu cinayəti cümə axşamı törədib. Suriya İnsan Haqlarına Nəzarət Qrupu  məlumatı bu gün yayımlayıb.  Onlar bildiriblər ki, qətliam olunan şəxslərin sayı 270 nəfərdir.  

Suriya hökuməti hələlik bu hadisə ilə bağlı bəyanat yayımlamayıb. h.r

Google+ WhatsApp ok.ru