Əsgərin vəziyyəti ağırdır

22 yaşlı yaralı hərbçi Mustafayev Tural hospitala yerləşdirilib

Müdafiə Nazirliyindən erməni hərbi birləşmələrinin atəşkəsi pozması nəticəsində yaralanan əsgər barəsində açıqlama verilib. 
 
Nazirlikdən Maide.az-a verilən məlumata görə, iyulun 29-u axşam saatlarında düşmənin atəşkəsi pozması nəticəsində 1992-ci il təvəllüdlü, Ağstafa rayonundan çağırılmış müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, əsgər Mustafayev Tural Natiq oğlu yaralanıb.
 
İlkin tibbi yardım göstərildikdən sonra, T.Mustafayev hospitala yerləşdirilib. Vəziyyəti sabit-ağırdır.
 
ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, ötən axşam ermənilər Qazaxın Quşcu Ayrım və Abbasbəyli kəndləri istiqamətində atəşkəsi pozub. Milli Ordunun cavab atəşi ilə düşmən susdurulub.
 

Google+ WhatsApp ok.ru