Əhməd Davudoğlu Türkiyənin Ədalət və İnkişaf Partiyasının başqanlığına və baş nazirliyə namizəd olub 22 Avqust 2014 01:00 Dünya Ötən gün Ankarada Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Baş Məclisinin iclası keçirilib. APA-nın Türkiyənin rəsmi “Anadolu” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, iclas partiyanın hazırkı başqanı və ölkənin baş naziri Rəcəb Tayyip Ərdoğanın sədrliyi ilə keçirilib. İclasda Ərdoğan AKP başqanlığına namizədin hazırkı xarici işlər naziri Əhməd Davudoğlunun olduğunu açıqlayıb. O bildirib ki, partiyanın qurultayında başqan seçiləcəyi təqdirdə Türkiyə respublikasını 62-ci hökumətinin baş nazirliyinə də namizədləri Əhnəd Davutoğlu olacaq. Ərdoğan qeyd edib ki, hökumətin Davudoğlunun idarəçiliyi ilə də prinsipiallığını qoruyacağına inanır: “İstər paralel yapı ilə mübarizədə istərsə də çözüm sürəci məsələsində prezident olaraq daim Davudoğlunun yanında olacam, bundan heç kimin şübhəsi olmasın”, deyə Rəcəb Tayyip Ərdoğan qeyd edib. Qeyd edək ki, hakim AKP-nin qurultayı avqustun 27-nə təyin olunub. Partiyanın yeni rəhbəri də qurultayda müəyyən ediləcək. Xatırladaq ki, AKP başqanı və hazırkı baş naziri Rəcəb Tayyip Ərdoğan avqustun 11-də keçirilmiş seçkilərdə Türkiyənin prezidenti seçilib. / Teqlər : #Əhməd Davudoğlu Türkiyənin Ədalət və İnkişaf Partiyasının başqanlığına və baş nazirliyə namizəd olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ sözçüsü jurnalistin döyülməsi barədə suala cavab verə bilmədi İraq: səhrada tapılan əlil, kor uşaq
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO