Ərdoğan istefa verdi

Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının sədrliyindən istefa verib. Maide.az-ın məlumatına görə, AKP-nin hazırda Ankarada keçirilən qurultayında çıxış edən Ərdoğan özü bu haqda açıqlama verib.
 
Partiyanın yeni sədri vəzifəsinə hazırkı xarici işlər naziri Əhməd Davudoğlu namizəddir.
 
Hazırda qurultayda bu məsələyə baxılır.

Google+ WhatsApp ok.ru