Moro müsəlmanları siyasi partiya təsis edir

Filipinin ən böyük İslami qruplarından olan Moro İslami Qurtuluş Cəbhəsi (MİQC- MILF), 2016-cı ildə keçiriləcək seçkilərə qatılmaq məqsədi ilə siyasi partiya təsis etməyi planlaşdırır.
Maide.az-ın dunyabulteni saytına istinadən məlumatına görə, MİQC bundan öncə elan etmişdi ki, üzvləri ilə bu məsələni müzakirə edir. Moro İslami Qurtuluş Cəbhəsi  təsis olunması planlaşdırılan partiyanın yalnız Müsəlmanların müxtariyyət əldə etməsindən sonra təsis oluna biləcəyini elan ediblər.  Filipin hökuməti isə  MİQC-nin attığı bu addımı alqışlayıb.
Filippinin cənubundakı Moro'da MİQC-nin təxminən 12 min silahlı mənsubu var. Moro'da 1970-ci illərin əvvəlindən indiyədək meydana gələn qarşıdurmalarda təxminən 150 min adam ölüb.
Moro müqavimətçiləri ilə Filippin dövləti arasında uzun zamandır davam etdirilən danışıqlar nəticəsində 27 mart 2014-cü ildə sülh razılaşması imzalanıb.
MİQC, razılaşma nəticəsində muxtariyyət əldə etməsiylə birlikdə siyasi partiya qurma, təhsil və abadlıq fəaliyyətlərinə ağırlıq verməyə başladı. Bu çərçivədə İslam ölkələrindən də kömək tələb edən MİQC idarəçiləri xüsusilə təhsil sahəsində material və insan gücü tələb edir.
00 milyon əhalisi olan Filippində təxminən yüzdə 10 nisbətində Müsəlman yaşayır. /

 

Google+ WhatsApp ok.ru