Ərəbistanda etirazçılara atəş açıldı, yaralananlar var

Ali-Səud rejiminin təhlükəsizlik qüvvələri Ərəbistanın şərqində etirazçılara atəş açıb , 15 şiə etirazçı yaralanıb.

Maide.az-ın Livanın Əl-Minar xəbər kanalına istinadən məlumatına görə, Səudiyyə rejim hərbçiləri cümə günü Ərəbistanın şiələr yaşayan bölgəsi olan Əl-Şərqiyə məntəqəsində hökumətə qarşı etiraz aksiya iştirakçılarına hücum edib və onların üzərinə atəş açıb.  

Məlumata əsasən, rejim qüvvələrinin açdığı atəş nəticəsində 15 nəfər yaralanıb, rejim qüvvələri bir nəfəri də həbs ediblər.

2011-ci ildən Ərəbistanda Ali-Səud rejiminə qarşı xalq etirazları başlayıb. İndiyədək dinc aksiyalarda iştirak edənlərdən ibarət yüzlərlə nəfər həbs edilib.

İnsan Haqları Qurumlarının məlumatına görə, hazırda Ərəbistanda mühakimə edilmədən 30 min nəfər siyasi məhbus həbsxanalarda saxlanılır. Ərəbistan etirazçıları əsas siyasi dəyişikliklər və Ərəbistanın iqtisadı sisteminin dəyişilməsini tələb edirlər. /

 

Google+ WhatsApp ok.ru