Oktyabrdan Qəzzada bərpa işləri başlanacaq

Qəzzada bərpa işlərinə oktyabr ayının ilk günlərindən başlanacaq. Bunu Fələstin  İslam Müqavimət Hərəkatının  (HƏMAS) siyasi bürosunun sədr müavini Musa Əbu Mərzuk deyib.

Maide.az-ın Fələstin KİV-lərinə istinadən məlumatına görə, M.Ə Mərzuk daha sonra  HƏMAS və FƏTH arasında barışığa dair müzakirələrin nəticəsindən danışıb və deyib ki,  tərəflər razılaşıb ki,  Qəzza və Qərb sahilində milli birliyin yaradılması və  hökümətin fəaliyyətinin asanlaşdırılması məqsədi ilə ölçü götürülsün.

Onun sözlərinə görə, bütün sahələrdə əldə olunmuş razılıqların icrasına nəzarət etmək üçün birgə komissiya yaradılacaq.

Mərzuk deyib ki, Qəzzanın keçmiş məmurları yeni dövlət aparatında öz iş yerlərinə qayıdacaqlar.  “Ramallah soz verib ki, onların əmək haqqi borclarını da ödəyəcək. Hər ki hərakat təfriqənin sona çatması və milli birlik üçün hökümətə dəstək olacaqlarını bildirdilər”.

Qeyd edək ki, Sionist rejimin son hücumu nəticəsində Qəzzaya dəyən ziyan 3 milyard yarım təxmin edilir. İsrail iyul ayının 7-dən başlayaraq, 51 gün ərzində həyata keçirdiyi hücumlar nəticəsində Qəzzada 134 zavod və fabriki dağıdıb. 2358 mənzil tamamilə, 13644 mənzil isə qismən dağıdılıb. Məscidlərə gəldikdə isə 60 məscidin tamamilə və 109 məscidin qismən dağıdıldığı deyilir.


 

Google+ WhatsApp ok.ru