Ərafə günü Kəbənin örtüyü dəyişdiriləcək

Hər il olduğu kimi bu ildə müsəlmanların əsas ziyarətgahı olan Kəbənin örtüyü Ərafə günü oktyabrın 4-ü ( zil-hiccə ayının 9 ) dəyişdiriləcək.

Maide.az-ın Beynəlxalq KİV-lərə istinadən məlumatına görə, Kəbənin örtüyünün dəyişdirilməsi Ərəfə günü  oktyabrın 4-ü rəsmi tədbir zamanı baş tutacaq.  Müqəddəs məkanı İranın Kaşan vilayətinin gülabı ilə təmizlədikdən sonra Kəbəni yeni örtüklə bağlayacaqlar.

Kəbənin yeni örtüyünü hər il Həcc mərasimi başlamamış Məkkədə  xüsüsi fabrikdə hazırlayırlar. Ulu məscid və Peyğəmbər məscidinin rəhbəri Əbdurrəhman əs-Sadis bununla bağlı bildirib ki, "Əvəllər Kəbənin örtüyü Misir və digər ölkələrdən gətizdirilirdi. Lakin indi biz örtüyü öz ölkəmizdə istehsal edirik."

Örtüyün hündürlüyü 14 metr təşkil edir.  Örtük lentinin uzunluğu 47 sm eni isə 95 sm təşkil edir. Lent islam üslubunda bəzədilib və üzərində Quran ayələri yazılıb. /

Google+ WhatsApp ok.ru