Ənsaru'ş-Şəriə Təşkilatı Yəmənin hərbi qərargahına hücum etdi

Əl-Qaidənin Yəməndəki qolu olan Ənsaru'ş-Şəriə təşkilatı ölkənin əl-Bəydə vilayətində yerləşən hərbi qərargahına hücumlar təşkil edib. Maide.az-ın məlumatına görə, Ənsaru'ş-Şəriyə təşkilatının Twitterdəki hesabından verilən açıqlamada bildirilir ki, təşkilat üzvlərindən biri qərargaha partlayıcı yüklənmiş avtomobillə hücum edib. 
 
Bundan əlavə bildirilir ki, terrorçular digər təhlükəsizlik qərargahlarına da hücum ediblər. 
 
Hücumlarda əsgərlər arasında ölən və yaralanan olduğu bildirilir. 
 
Şahidlərin bildirdiyinə görə, Ənsaru'ş Şəriyə terror təşkilatı Bəydə şəhərindəki məktəb və təhsil idarələrini də ələ keçiriblər.

Google+ WhatsApp ok.ru