Ənbarlıdan qaçan sünnilərə Kərbəla qucaq açdı

Kərbəlanın yerli rəhbərliyi terrora görə yaşadıqları yerləri tərk etmək məcburiyyətində qalan əl-Ənbarlı mühacirlərin bütün ehtiyaclarını qarşılamağa hazır olduğunu açıqlayıb.
 
Maide.az-ın məlumatına görə, Kərbəladan olan millət vəkili Saleh əl-Hasnavi Kərbəla şəhərinin əl-Ənbarlı qardaşlarını məskunlaşdırmağa hazır olduğunu deyib.
 
Kərbəla Qubernatoru Aqil Tureyhi və vilayət Məclisi başçısı Nasif əl-Xəttabi ilə lazımlı koordinasiyanın yaradıldığını deyən Saleh əl-Hasnavi əl-Ənbardan gələn mühacirlər üçün çadırlar qurulduğunu açıqlayıb.
 
Hazırlanan çadırlarda lazımlı bütün vəsaitlərin və tibbi ləvazimatların hazır olduğunu deyən Hasnavi Kərbəla yerli rəhbərliyinin əl-Ənbarlı mühacirlərin bütün ehtiyaclarını qarşılayacağını söyləyib.
 
Qeyd edək ki, on aydır İraqda baş verən İŞİD terroruna görə yaşadıqları yerləri tərk etmək məcburiyyətində qalan çoxlu sayda əl-Ənbarlı sünni ilə Mosluldan qaçan xristian ötən ay Kərbəladakı məscid və hüseyniyələrə yerləşdirilmişdi.

Google+ WhatsApp ok.ru