İran xarici işlər nazirinin köməkçisi: `Əsla icazə verməyəcəyik`

Maide.az-ın məlumatına İran xarici işlər nazirinin köməkçisi Əmir Abdullahian Orta Şərq Strateji Araşdırmalar Mərkəzində keçirilən "İraq və İŞİD-ə Qarşı Beynəlxalq İttifaq" mövzulu konfransda Suriyanın mövcud hakimiyyətinin devrilməsinə İranın icazə verməyəcəyini deyərək, belə söyləyib: "ABŞ İŞİD-ə hücum etməzdən əvvəl İrana Bəşşar Əsəd hökumətinin mərkəzlərinə hücum planları olmadığına dair məlumat verdi. Oxşar məlumatı Şam hökumətinə də verdi, ancaq buna baxmayaraq, bu mövzuda onlara güvənmirik. Buna görə hadisələri yaxından izləyirik. ABŞ və ya başqa bir ölkə tərəfindən Suriyanın milli suverenliyinə qarşı tətbiq olunacaq uçuşa qadağan bölgə, ya da hərbi qüvvələrin Suriya torpaqlarına girməsi kimi hər cür səhv addım pis nəticələr doğuracaq. Bu mövzuda Türkiyəni də xəbərdar etdik."

Google+ WhatsApp ok.ru