“Amerikanın Səsi” anti-Azərbaycan filmi çəkib

Ermənilərin Qarabağı işğal etməsinə bəraət verilir

 

“Amerikanın Səsi” radiosu ermənilərin maraqlarını qabardan film çəkib. Bu barədə Ermənistanın əksər media orqanları xəbər yayıb. “Qarabağ: Müharibə təhlükəsi altında sülh şəraitində həyat” adlanan film haqqında geniş məlumat verilməsə də, bildirilir ki, film Qarabağ ermənilərinin mövqeyini əks etdirir.

 

Onlar Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağla bağlı gedən danışıqlar barədə heç eşitmək belə istəmirlər: “Beynəlxalq ictimaiyyət üçün sadəcə coğrafi ərazi kimi görünən bu yerlər bizlər üçün müqəddəs vətəndir”, filmin müəllifi Dağlıq Qarabağda yaşayan ermənilərdən birinin fikrindən sitat gətirir.

 

Maraqlidir ki, bu film haqqında erməni mediası sadəcə bir-iki kəlmə yazmaqla kifayətlənib. Filmin ssenari müəllifi, rejissoru, maliyyə mənbəyi haqqında heç bir məlumat verilmir. Əlbəttə, bu təsadüfi deyil. musavat  /

Google+ WhatsApp ok.ru