“Total” prezidentinin ölümünə səbəb olan qartəmizləyən maşının sürücüsü sərxoş imiş

Fransanın “Total” neft-qaz şirkətinin prezidenti Kristof de Marjerinin (Christophe de Margerie) təyyarəsinin toqquşduğu qartəmizləyən maşının sürücüsü içkili olub.
 
Bu barədə Rusiya İstintaq Komitəsinin sədri Vladimir Markin bildirib.
 
“İstintaq zamanı müəyyənləşib ki, qartəmizləyən maşının sürücüsü alkoqolun təsiri altında olub”, - deyə V. Markin söyləyib. O, hava limanının bəzi işçilərinin də istintaqa cəlb olunacağını deyib. 
 
Xatırladaq ki, oktyabrın 21-nə keçən gecə Moskvanın “Vnukovo-3” hava limanında “Falkon-300” tipli kiçik mühərrikli 4 nəfərlik təyyarə uçuş zolağında qartəmizləyən maşınla toqquşub. Nəticədə təyyarə aşıb və yanıb. Hadisə zamanı Fransanın “Total” neft-qaz konserninin prezidenti Kristof de Marjeri və daha 3 nəfər ölüb. 

Google+ WhatsApp ok.ru