Liviyadakı qiyamda ölü sayı 69-a yüksəldi

Maide.az-ın məlumatına görə, Liviyanın Binqazi şəhərində "15 Oktyabr Silahlı Qiyamı" adı altında başladılan hadisələrdə bu günə qədər 69 adamın öldüyü bildirilir.
 
Səhiyyə mənbələrindən bildirilir ki, Liviyada fəaliyyət göstərən "Qızıl aypara" cəmiyyəti Binqazidə 3 gündür davam edən hadisələr zamanı şəhərin müxtəlif yerlərindən bu gün 11 cəsəd tapıb. Qarşıdurmanın yaşandığı bölgələrdən toplanan cəsədlərin sayı isə 58-dur.
 
Həmçinin Livyanın Cəbəli Nufusə bölgəsində təqaüdçü general Xəlifə Haftər və inqilabçıların yaratdığı Fəcri Liviya qüvvələri arasındakı qarşıdurmalarda BMT-nin atəşkəs təklifinin qəbuledilməz olduğu bildirilir.
 
Kikla bölgəsindən məsul millət vəkili olan Əkrəm Şəniyvə də atəşkəs təklifini qəbul etmədiklərini deyib: "BMT necə olur ki, bizdən özümüzü müdafiə etməməyimizi istəyir. Bu qəribə istəyi qəbul etmirik. Kikla inqilabçıları, cəbhədə qalmağa davam edəcək."

Google+ WhatsApp ok.ru