Əfqanıstanda qəzetin İslama zidd məqaləsi xalqı ayağa qaldırdı- FOTO

Əfqanıstanda Politexnik və Kabil Universitetlərinin tələbələri etiraz aksiyası keçirib.  Onlar ingilis dilində yayımlanan "Ekspres Əfqanıstan" qəzetinin İslam Peyğəmbərini (s) təhqir edən işçilərinin cəzalandırılmasını tələb ediblər. 
 
Maide.az-ın Əfqanıstan saytlarına istinadən məlumatına görə, ötən gün keçirilən etiraz aksiyasında tələbərlə yanaşı Kabil şəhərinin əhalisi də iştirak edib. Etirazçılar dövlət rəsmilərindən Peyğəmbəri (s) təhqir edən məqalənin müllifi və  qəzetin həmin sayının çapında  rolu olmuş bütün şəxslərin cəzalandırılmasını tələb ediblər. 
 
Qeyd edək ki, "Ekspres Əfqanıstan" qəzeti "İslam, İŞİD və Taliban" adlı məqalə dərc edib və həmin məqalədə İslam və İslam Peyğəmbərini (s) təhqir edib. Qəzetin İslam Peyğəmbərini (s) təhqir etməsina ölkə Prezidenti Əşrəf Qəni Əhməd Zey, ölkənin senatı, Alimlər Şurası və siyasi - ictimai şəxslər  də etiraz ediblər. Əfqanıstanın müsəlman xalqının etirazlarından sonra”Ekspres Əfqanıstan” qəzetinin 10 əməkdaşı həbs olunub. Qəzet rəhbərliyi Əfqanıstan dövləti və xalqından üzr istəyib. /
 
 

 

Google+ WhatsApp ok.ru