ABŞ-da şiə məktəbinin 4 önəmli kitabı ingilis dilinə tərcümə olunub

Amerikada şiə məktəbinin 4 önəmli kitabı,  “Həzrət Fatimənin (s.ə) həyatı”, “Vilayət Nuru”, “İslam haqqında hamının bilməli olduğu” və “Özünü islah” kitablarının ingilis dilinə tərcüməsi nəşr olunub. Bu kitabların həmçinin, elektron versiyası da işlənərək, hazırlanıb.
Maide.az-ın Beynəlxalq KİV-lərə istinadən məlumatına görə, bu 4 kitabı Amerikada yaşayan Hindistan əsilli şiə Seyid Hüseyn Ələmdar ingilis dilinə tərcümə edib və kitablar Ater House nəşriyyatı tərəfindən çap olunub. 
“Həzrət Fatimənin (s.ə) həyatı” kitabının müəllifi Seyid Münzər Həkim, “Vilayət Nuru” kitabının müəllifi Ayətullah Cəfər Sübhani və “İslam haqqında hamının bilməli olduğu” kitabı ilə “Özünü İslah” kitabı isə Ayətullah İbrahim Əmini tərəfindən qələmə alınıb.
İngilis dilinə tərcümə edilmiş bu kitabların təqdimat mərasimi Məhərrəm ayı ərəfəsində və Nyu Yorkun İmam Əli(ə) məscidində keçirilib.
Seyid Hüseyn Ələmdar bu kitabları ingilis dilinə tərcümə etməkdə məqsədinin Amerikada həqiqi İslam maarifini yaymaq olduğunu bildirib.
Bu dörd kitabın ingilis dilinə tərcüməsi İnternet kitab mağazası olan Amazon vasitəsi ilə internetə yerləşdirilib və Əhli-Beyt (ə) aşiqlərinin ixtiyarına verilib. /

Google+ WhatsApp ok.ru