Ərəbistan xalqı Şeyx Nəmrə dəstək verib

Səudiyyə Ərəbistanı rejiminin bu ölkənin tanınmış İslam alimlərindən olan Şeyx Nəmrə verdiyi edam cəzasına etirazlar həm ölkə daxilində, həm də ölkə xaricində davam edir.
 
Maide.az xəbər verir ki, Ərəbistanın şərqində yerləşən əl-Kadif şəhərində təşkil edilən nümayişdə Şeyx Nəmrə verilən edam cəzasının qanunsuz olduğu və dərhal bu cəzanın ləğvini, Şeyx Nəmrin də sərbəst buraxılması istənilib.
 
İslami qrupların dəvəti ilə təşkil edilən nümayişdə Səudiyyə rejiminin edam qərarı qınanaraq, bunun heç bir əsasının olmadığı səsləndirilən şüarlarda da dilə gətirilib.
 
Nümayişçilər beynəlxalq cəmiyyətdən də Səudiyyə rejiminin təzyiq və zorakılığa söykənən insan haqları pozuntularının qınanması istəyib.

Google+ WhatsApp ok.ru