Qatil müsəlman olduğu üçün addımını terror adlandırdılar, arxasından siyasi motiv çıxdı

Terror aktı törədən şəxsin cinayət əməlindən əvvəl qeyə alınan videogörüntüləri təhlil olunduqdan sonra Ottava polisi belə bir qənaətə gəlib
 
Kanadanın paytaxtı Ottavada bir müddət əvvəl əsgərin ölümü ilə nəticələnən terror aktının arxasında siyasi motivlər dayanıb. 
 
Terror aktı törədən Maykl Zehaf adlı şəxsin cinayət əməlindən əvvəl qeyə alınan videogörüntüləri təhlil olunduqdan sonra Ottava polisi belə bir qənaətə gəlib.
 
Sözügedən şəxs əsgərə atəş açaraq onu öldürdükdən sonra Kanada parlamentinə soxulmuş və təhlükəsizlik qüvvələri ilə atışmada özü də öldürülmüşdü. Ölkənin baş naziri Stiven Harper hücumu terror adlandırmışdı.
 
Kanada anti-İŞİD koalisiyası tərkibində İraq və Suriyaya hücum etdiyi üçün, əhali ölkənin cavab hücumlarına məruz qalacağından ehtiyat edir.

Google+ WhatsApp ok.ru