Əfqanıstanda siqaret qadağan olundu

Parlamentin aşağı palata deputatlarının ümumi komissisiyası və Əfqanıstan Senatı siqaret çəkməyi qadağan edən qanunu qəbul edib.

Maide.az-ın məlumatına görə, Parlament və Senatın birgə iclasında az yaşlı uşaqların siqaret çəkməsi və satması qadağan olunub.
Komissiyanın qərarına əsasən,ictimai yerlərdə siqaret çəkənlər külli miqdarda cərimə olunacaqlar.
Gələcəkdə siqaret və tütünə gömrük vergisinin 50% artırılması, daha sonralar isə birdəfəlik bu maddələrdən imtina etmək planlaşdırılır.
Əfqanıstan Senatı və Parlamenti bu qanunun icrasına nəzarət edəcək komissiyada yaradacaq, komissiya səhiyyə işçilərindən,DİN əməkdaşlarından, kənd təsərrüfatı əməkdaşlarından ibarət olacaq.
Bu qanun layihəsi bir müddət öncə parlament tərəfindən qəbul olunmuşdur, Senat isə onu təsdiqləməmişdi. Lakin birgə komissiyanın iclasından sonra  qanun qəbul edildi. //

 

Google+ WhatsApp ok.ru