İraqda 2 milyondan artıq insanın humanitar yardıma ehtiyacı var

İraq ərazisində 2 milyondan artıq  insanın təcili humanitar yardıma ehtiyacı var. Bu haqda Cenevredə, mətbuat konfransında BMT-nin humanitar işlər üzrə idarə rəhbəri Rəşid Xalıqov, İraq səfərinin nəticələrini bildirərkən məlumat verib. 

Maide.az-ın məlumatına görə, R.Xalıqov deyib ki, "2.2 milyon insanın humanitar yardıma ehtiyacı var. Onlara yardım göstərilir,lakin kifayət gədər deyil "

Onun sözlərinə görə, soyuqların gəlişi ilə bu vəziyyət təhlükəli hal alır, İraqın bir çox rayonlarında insanların qış aylarını keçirməsi üçün infrastruktur mövcud deyil. 
Hesablamalara görə yardım üçün 2015-ci ilin dekabrına qədər 2,2 milyon dollar lazımdır. 
R.Xaliqov İslam Əməkdaşlıq Təşkilatının baş katib müavini Heşam Yusiflə oktyabrın 20-23-də gərgin vəziyyəti şəxsən giymətləndirmək üçün  İraqa səfər etmişdilər. BMT-nin hesablamalarına əsasən hal hazırda İŞİD terrorçularının davamlı döyüşlərinə görə İraqda 2.5 milyondan artıq insanın təcili humanitar yardıma ehtiyacı var. Onlardan 1,8 milyon insan öz evlərini tərk etməyə məcbur olub ki, onların da  yarısı uşaqlardır.  //
 

 

Google+ WhatsApp ok.ru