Əl-Əzhər ustadı: Hər cür məzhəbçiliyə qarşıyam

Əl-Əzhər Universitetinin İslami Şəriəti ustadı Şeyx Əhməd Kərimə şiəliklə sünnilik arasında heç bir fərqin olmadığının vurğulayıb və belə deyib: "Mən ümumiyyətlə hər cür məzhəbçiliyə qarşıyam."
 
Maide.az xəbər verir ki, Şeyx Kərimə bildirib ki, məzhəbçilik cübbəsini üstümdən çıxarmışam və məzhəbçilik oxundakı hər cür təriqətçiliyə qarşıyam, bu qədər dəqiq söyləyirəm: "Məzhəblər insanlar tərəfindən yaradılmışdır. "Əhli sünnə vəl camaat" anlayışı əslində elmi bir terminologiya olduğu halda, təəssüf ki, bir məzhəbçilik anlayışına çevrilib. Əl-Əzhər Universitetinin şiəliklə bir düşmənçiliyi yoxdur. Əl-Əzhər Universiteti elmin yayılması üçün qurulmuş bir xalq minbəridir."
 
Şeyx Kərimə bildirib ki, ona İranda əhli-sünnə fiqhi dərsi tədrisi təklif olunub: "Bu da açıq şəkildə onu göstərir ki, mən bir elm adamı olaraq İrana getdim və məndən sünnilik barədə tədris istədilər. Əl-Əzhər Universiteti sünni üçün olduğu qədər şiə üçün də faydalıdır. Bu universitetin şiələrlə bir problemi yoxdur, çünki Əl-Əzher istər sünni olsun, istərsə də şiə, hər kəsə faydalı olmaq üçün var."

Google+ WhatsApp ok.ru